Azərbaycanda ÜDM 2,1 faiz artıb

 12:12 18.05.2019     370

2019-cu ilin yanvar-aprel aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 23813,4 milyon manat təşkil edib. 
Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft sektorunda istehsal olunan əlavə dəyər 2%, qeyri-neft sektorunda isə 2,1% artıb. ÜDM-in 46,5%-i sənayedə, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5,9 %-i tikintidə, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrində, 14,6 %-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 9 %-i təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olub.