"İranla mübahisələr OPEK çərçivəsində əməkdaşlığa neqativ təsir göstərə bilər" - Omanlı nazir

 08:05 20.05.2019     349

İranın qonşu ölkələrlə mübahisələri OPEK daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər.

Redaktor.az Trend-ə istinadən bildirir ki, bunu Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib:

"Mən İran OPEK-i tərk edə bilər deməmişım. Mən demişəm ki, əgər İran və onun qonşuları arasında mübahisələr böyüyərsə, bu OPEK daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər. Çünki ölkələr bir biri ilə yola getmirsə, bu əməkdaşlığın xeyrinə deyil".

Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi Omanın neft-qaz nazirinə istinadən bildirib ki, İran OPEK-i tərk edə bilər.