"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir" - Samir Şərifov

 11:17 21.05.2019     433

"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".

Redaktor.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub:

"Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".