Banklarda iş saatı uzadılacaq - Avroliqaya görə

 15:26 22.05.2019     421

2019-cu il UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bankların iş rejimi ilə bağlı bank üzrə ekspert Əkrəm Həsənov Redaktor.az-a açıqlama verib.

Ekspert qeyd edib ki, turistlərin ölkəmizə gəlişi qısamüddətli olduğuna görə, xüsusi addımların atılması o qədər də vacib deyil:

“Turistlər və xarici qonaqlar üçün gücləndirilmiş iş rejimi yanlız valyuta mübadiləsi məsələsinə aid ola bilər. Çünki turistlərin ölkəmizə səfəri bir neçə günlük olacaq. Bir qayda olaraq, turistlərin öz kartları və ya nəğd pulları var. Gücləndirilmiş rejim dedikdə, əsasən bankların iş saatlarının uzadılması nəzərdə tutulur. Bundan başqa, hansısa xüsusi addımların atılmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 9 bankın 12 filial və şöbəsi  27 may–1 iyun tarixlərində gücləndirilmiş iş rejimində işləyəcəklər.

Gülşən Şərif / Redaktor.az