ABŞ-ın sanksiyaları "İphone" markasına ziyan vuracaq ? - Ekspertlər həyəcan təbili çalır

 22:39 22.05.2019     366

ABŞ-ın "Huawei" şirkətinə tətbiq etdiyi sanksiyalardan sonra Çin anoloji addımı "İphone" markasına qarşı atacaq.

Redaktor.az Lenta.ru ya istinadən xəbər verir ki, bu haqda Bloomberg ekspertləri məqalə hazırlayıblar.

Məqalədə qeyd olunur ki, Çinin "İphone" markasını qadağan etməsi "Apple" korporasiyasına milyardlarla dollar ziyan vuracaq. Üstəlik  "Apple" şirkətinin zavodlarından birinin Çində olması məsələni bir qədər də qəlizləşdirəcək.

Goldman Sachs Araşdırma Mərkəzinin ekspertləri isə, Çinin sanksiya tətbiq etməməsinin belə "İphone" markasının satışına əhəmiyyətli dərəcədə təsir edəcəyi qənaətindədir. Mütəxxəsislər çinlilərin milli ruha köklənərək "İphone" markasını boykot edəcəklərinini qeyd edir.

Rüfət Xəlil / Redaktor.az