Azərbaycan neft-qaz sektorunda qazma işlərini artırıb

 14:12 12.06.2019     452

Ötən il ərzində Azərbaycanın neft-qaz sektorunda 334 919 metr qazma işləri aparılıb ki, bu göstərici 2017-ci illə müqayisədə 14,6% çoxdur.

SOCAR-dan verilən məlumata görə, 2018-ci ildə aparılan qazma işlərinin 160 240 metri  (2017-ci ildə 137 693 metr olub) SOCAR-ın, 174 679 metri (2017-ci ildə 154 589 metr olub) isə Azərbaycanda olan başqa operatorların payına düşüb.

Qeyd edək ki, 2018-ci ildə SOCAR üzrə quyuların orta qazma dərinliyi 1 878 metr təşkil edib, bu da 18,3% artım deməkdir.//APA.az