Sahibkarların DİQQƏTİNƏ! - Yoxlamalar BAŞLAYIR

 18:04 14.06.2019     801

Azərbaycanda tikinti şirkətləri yoxlanılacaq.

Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklərə əsasən, tikinti sahəsində fəaliyyət göstərən sahibkarların yoxlanmasına icazə verilib.

Sabiq maliyyə naziri Fikrət Yusifov Redaktor.az-a açıqlamasında qeyd edib ki, yoxlamaların tənzimlənməsi sahibkarlıq fəaliyyətinin inkişafı üçün zəruridir:

“Əslində tikinti şirkətlərinin yoxlanılmasının dayandırılması müvəqqəti xarakter daşıyırdı. Bunu iş adamları və sahibkarlar bilirdi. Yoxlamaların yenidən bərpa olunması normal haldır. Yoxlamaların mövcudluğu tikinti sektorunda nəzarəti gücləndirir. Hazırda sahibkarlığın inkişafı ilə bağlı əsas problem, sahibkarların maliyyə əlçatanlığının olmamasıdır. Bunun əlçatan olmasını təmin etmək vacibdir. Eyni zamanda, sahibkarlar üçün kredit faizlərinin yüksək olması vacib problemlərdən biridir”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Qanunla bağlı ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Gülşən Şərif / Redaktor.az