Gələn ildən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək

 18:30 11.07.2019  22

2020-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, hazırda subsidiyaların verilməsi mexanizminin formalaşdırılması istiqamətində işlər aparılır: "Fikrimiz ondan ibarətdir ki, bu subsidiyaların verilməsi elə formalaşsın ki, fermer heç bir insan amilindən asılı olmayaraq subsidiyanı yalnız elektron kənd təsərrüfatı sistemi vasitəsilə əldə edə bilsin".

Nazir müavini həmçinin əlavə edib ki, fermerin aqrotexniki tədbirin həyata keçirilməsi üçün ona hər hansı məbləğ düşəcəksə, bu məbləğin bir miqdarı əvvəlcədən onun kartına yatırılacaq ki, fermer aqrotexniki tədbirlərini subsidiyanı alınana qədər vaxtı vaxtında icra edə bilsin.