Azərbaycan tütün məhsullarının idxalını azaldıb

 14:43 18.07.2019     516

Bu ilin yanvar-iyun ayları ərzində tütün və tütün məhsullarının Azərbaycana idxalı ötən illə müqayisədə azalıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə ölkəyə 51,3 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu göstərici ötən ilin ilk yarısına nisbətən 14,7% azalıb.