Mərkəzi Bank 100 mln. manat cəlb edir

 11:25 09.08.2019     63

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Redaktor.az-a verilən məlumata görə, avqustun 14-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 12 gün təşkil edir.