İstehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7% artıb

 12:22 09.08.2019     1680

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.