Mərkəzi Bank növbəti depozit hərracının nəticələrini AÇIQLADI

 12:14 14.08.2019     305

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən depozit hərracının nəticələri açıqlanıb.

Bu barədə Redaktor.az-a AMB-dən bildirilib.

Verilən məlumata görə, avqustun 14-ü Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 682,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% olub.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.