Neftin qiyməti ilə bağlı VACİB AÇIQLAMA

 17:08 14.08.2019     508

“"Ağ Ev" ticarət müharibəsinin yumşalacağı mesajı versə də, bunun uzunmüddətli olacağı gözlənilmir”.

Redaktor.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, birjaların "Ağ Ev"dən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq:

 “Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-ə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşmədi. Neft daxil olmaqla, strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi. “Brent” markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq, ciddi qiymət artımları müşahidə edilmədi. Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçki qabağı yeni sürprizlərin olmayacağına əmin deyillər. Yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq, hələ də strateji məhsulların qiyməti təzyiq altındadır. Bu baxımdan neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil”.

Gülşən Şərif / Redaktor.az