Azərbaycan qaz ixracını 65,7% artırıb

 14:31 14.08.2019     359

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 262 496,85 min ABŞ dolları dəyərində 6 709 659,15 min kubmetr təbii qaz ixrac edib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 68,4%, həcmi isə 65,7% artıb.