Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 0,7% azalıb

 15:25 14.08.2019     272

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 56 546,33 min ABŞ dolları dəyərində 1 319 123,98 min kVt/saat elektrik enerjisi ixrac edib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalıb, həcmi isə 9,4% artıb.