Altı ayda sahibkarlara 1130 lisenziya verilib

 18:30 14.08.2019     336

2019-cu ilin birinci yarısında sahibkarlara 1130 lisenziya verilib ki, bunun da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edib.

İqtisadiyyat Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ümumilikdə nazirlik tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 iyul 2019-cu il tarixinədək sahibkarlara 7900-dan çox lisenziya verilib. Ötən ilin martında yaradılan “Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, bu ilin birinci yarısında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin  58%-i sənaye, 34%-i kənd təsərrüfatı, 8%-i isə turizm sahələrini əhatə edir.