ABŞ-la aparılan ticarət müharibəsi Çinə zərbə vurdu - İqtisadi artım əyləci basdı

 22:21 14.08.2019     306

Çin Xalq Respublikasının Milli Statistika İdarəsi iyul ayının hesabatını təqdim edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Çin iqtisadiyyatı son 17 ildə ən aşağı göstəriciyə düşüb.

Umumilikdə iqtisadi artım cəmi 4,8 faiz təşkil edib. Ticarət dövriyyəsi isə 8,6 faizdən 7,6 faizə enib.

İnvestisiya qoyuluşu ötən ayla müqayisədə 5,8-dən 5,7 faizə enib.

Ən böyük zərər isə maşınqayırma sənayesində olub. Burada 11,5 faiz geriləmə diqqət çəkib.

Ekspertlər iqtisadi geriliyin ABŞ-la aparılan ticarət müharibəsi səbəbindən yarandığını vurğulayıb.

Rüfət Xəlil / Redaktor.az