AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edəcək

 15:43 15.08.2019     319

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Redaktor.az-a verilən məlumata görə, avqustun 19-da keçiriləcək hibrid depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.