Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

 15:57 15.08.2019     302

Bu ilin iyun ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 1.16 faiz artaraq 1.67 mln. dollar təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilib ki, Azərbaycandan pul köçürmələrində illik artım tempi 3.92 faiz qeydə alınıb.

Hesabata əsasən iyun ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 143.6 mln. dollar məbləğində pul köçürmələri olub. Bu, ötən ilin hesabat dövrü ilə müqayisədə 6.3 faiz və ya 8.5 mln. dollar çoxdur. Köçürmələrin 93.5 faizi 17 ölkənin payına düşüb.

İyul ayında isə Azərbaycandan Gürcüstana köçürmələr 2,11 mln dollar təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 21,8 faiz çoxdur.

Ötən ay Azərbaycandan edilən köçürmələr ümumi köçürmələrin 1.4 faizini təşkil edib.

Hesabat ayında Gürcüstana ümumilikdə 154.5 mln dollar pul köçürmələri baş tutub.//Apa.az