Azərbaycanın xarici dövlət borcunun ÜDM-də nisbəti 19% təşkil edib

 13:50 23.08.2019     307

01 iyul 2019-cu il tarixinə Azərbaycan xarici dövlət borcu 8920,0 milyon ABŞ dolları (15164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19% faiz (2019-cu il üçün proqnozlaşdırılan 79649,0 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Maliyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.