Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək

 18:30 06.09.2019     352

Sentyabr ayının ikinci dekadasında Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək.

Bu barədə Redaktor.az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) bildirilib.

Fonddan verilən məlumata görə, forum çərçivəsində təşkil olunacaq görüşlər Azpromo-nun rəhbərliyi ilə Tacikistanın Azərbaycandakı səfirliyi arasında müzakirə olunub. 

Müzakirə zamanı Azpromo-nun rəhbəri Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi istiqamətində görülən işlər barədə məlumat verib.