Daha bir şirkətin səhmləri "Alibaba"ya satıldı

 10:15 07.09.2019     445

Dünyanın məşhur onlayn şirkətlərindən olan "Alibaba Group" daha bir şirkətin səhmlərini almağı planlaşdırır.

Redaktor.az-ın məlumatına görə, "NetEase İnc"dən verilən rəsmi açıqlamada Çin bazarına lüks mallar təşkil edən "Kaola"nın 2 milyard dollar qarşılığında satıldığı bildirilib. 

"Alibaba" mövcüd markanın öz tabeliyində azad şəkildə fəaliyyət göstərəcəyini açıqlayıb. Holdinqin rəhbəri Daniel Zhanq "Kaola"nın yeniliklərlə Çin bazarına çıxacağını deyib.

İlkin Sultanlı / Redaktor.az