Dünya birjalarında neft BAHALAŞDI

 09:53 07.09.2019     293

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,97% artaraq 1 barelə görə 61,54 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,39% artaraq 56,52 dollar təşkil edib.