Azərbaycanın Gürcüstana yatırdığı birbaşa investisiyaların həcmi 19%-ə yaxın artıb

 11:15 09.09.2019     423

Bu ilin ikinci rübündə Azərbaycanın Gürcüstana yatırdığı birbaşa investisiyaların həcmi artıb.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Məlumata əsasən, cari ilin aprel-iyun ayları ərzində Azərbaycan Gürcüstana 15,8 mln. ABŞ dolları həcmində sərmayə yatırıb ki, bu da cari ilin birinci rübü ilə müqayisədə 2,5 mln. dollar və ya 18,8% çoxdur.