Mərkəzi Bank hərrac keçirib - Manat sabitdir

 21:53 10.09.2019     349

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Redaktor.az-ın məlumatına görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda sentyabrın 5-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.