"Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 mlrd. dollara çatdırılacaq"

 10:37 19.09.2019     257

Türkiyə ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin tezliklə 5 mlrd. ABŞ dollarına çatdırılması planlaşdırılır.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, ötən il bu göstərici 3,4 mlrd. dollar təşkil edib və bu da əvvəlki illə müqayisədə 30% çoxdur. Buna baxmayaraq, məqsəd – tez bir zamanda ölkələr arasında ticarət dövriyyəsini 5 mlrd. dollara və bundan da artıq səviyyəyə çatdırmaqdır.

Səfir onu da qeyd edib ki, bu məqsədlərə nail olmaq və iqtisadi əlaqələrin daha da yüksək səviyyəyə çatdırmaq üçün investisiyaların artırılması gərəkdir.//Apa.az