Gürcüstanın Azərbaycandan idxal etdiyi qazın həcmi AÇIQLANIB

 11:33 19.09.2019     226

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 182 765.2  min ABŞ dolları dəyərində 1 117 315.4 ton qaz və qazlı karbohidrogenlər ixrac edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ilin analoji dövründə isə bu ölkəyə 178 906.2 min ABŞ dolları dəyərində 1 042 714.6 ton məhsul ixrac edilib.//Apa.az