"Ölkədə elektrik enerji bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb"

 12:00 19.09.2019     54

Azərbaycanın Energetika Nazirliyi ölkədə elektrik enerji bazarının liberallaşması ilə bağlı təkliflər hazırlayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın "Energetika haqqında" qanun layihəsi artıq hazırdır.

Nazir müavini qeyd edib ki, təchizat sahəsində rəqabətliliyin daxil olması vətəndaşların məmnunluğuna və keyfiyyətin artmasına, istehsalat sahəsində isə enerjinin istehsalının maya dəyərinin (enerji istehsalı zamanı istifadə edilən qazın istifadəsinin azalması) azalmasına şərait yaradacaq.

E. Soltanovun sözlərinə görə, qazın səmərəli istifadəsi onu ixraca yönəltməyə imkan verəcək.//Apa.az