Gürcüstandan Azərbaycana tütün idxalı 2 dəfədən çox azalıb

 12:13 19.09.2019     270

Azərbaycanın Gürcüstandan idxal etdiyi tütün məmulatlarının həcmi iki dəfədən çox azalıb.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində bu ölkədən Azərbaycana 26 433.7  min ABŞ dolları dəyərində 1 191.2 ton tütün məmulatı idxal edilib.

2018-ci ilin analoji dövründə isə bu ölkədən idxal edilən məhsulun dəyəri  57 171.3  min ABŞ dolları, həcmi isə  3 165.0 ton təşkil edib.