"Son 25 ildə Azərbaycanda 740 mln. ton neft hasil edilib"

 13:07 19.09.2019     239

Son 25 ildə Azərbaycanda orta hesabla 740 mln. ton neft hasil edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində ölkənin neft-qaz sektoruna 101 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyədək (bu ilin avqustun axırına kimi) 161 mlrd. kubmetr qaz hasil edilib.

Onun sözlərinə görə, ötən dövr ərzində AÇG-dən 492 mln. ton neft hasil edilib. 

Nazir əlavə edib ki, indiyədək Azərbaycan AÇG layihəsindən 143 mlrd. dollar gəlir əldə edib.

Qeyd edildi ki, bu ilin 8 ayında ölkədə 25,1 mln. ton neft hasil edilib, 20,2 mln. ton neft isə ixrac edilib.//Apa.az