Gürcüstanda işləyən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANIB

 16:34 19.09.2019     263

2019-cu ilin yanvar-iyul ayları ərzində Gürcüstanda işləmək üçün 1210 Azərbaycan vətəndaşı icazə alıb.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, hazırda bu ölkədə 124 ölkədən ümumilikdə 10 573 əcnəbi işlə təmin olunub. 

İşləyən vətəndaşların sayına görə Türkiyə 2,539 nəfərlə ilk yerdədir. Digər ölkələr üzrə göstəricilər isə belədir:  Ukrayna - 1181, Rusiya - 964, İran - 832, Çin - 818, Ermənistan - 469, Hindistan - 362, Qazaxıstan - 205, Belarus - 176.

Əlcəzair, Tanzaniya, Vircin adaları, Efiopiya, Burkina Faso, Vyetnam, Zimbabve, İslandiya, Liberiya, Liviya, Oman, Seneqal, Lixtenşteyn, Mavritaniya, Malta, Meksika, Monteneqro, İsveçrə, Sinqapur, Küveyt və Çilidən isə 1-2 vətəndaş Gürcüstanda işləmək icazəsi əldə edib.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanda 11 697, 2017-ci ildə isə 11 402 əcnəbi vətəndaş iş icazəsi alıb.