IMF gələn il Azərbaycanda inflyasiyanın 3,3% olacağını proqnozlaşdırır

 18:26 20.09.2019     283

Azərbaycanda 2020-ci ildə inflyasiyanın səviyyəsi 3,3% təşkil edəcəyi proqnozlaşdırılır.

Redaktor.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.

Hesabata əsasən, 2019-cu ildə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,2%, 2020-ci ildə isə 3,3% artacaq.

Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7%-ə, 2020-ci ildə 4,6%-ə, 2021-ci ildə 4,5%-ə, 2022-ci ildə 4,1%-ə, 2023-cü ildə isə 3,9%-ə bərabər olacaq.//Apa.az