Ölkədə qızıl-gümüş bazarında ucuzlaşma var

 06:17 02.10.2019     323

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Redaktor.az-ın məlumatına görə, oktyabrın 1-də qızılın qiyməti sentyabrın 30-u ilə müqayisədə 46,393 manat azalaraq 1 unsiya üçün 2492,7015 manat təşkil edib.

Gümüş 0,7444 manat ucuzlaşaraq 1 unsiya üçün 28,8762 manata bərabər olub.