Banklarda əmanətlərin həcmi azalıb - İqtisadçı səbəbləri AÇIQLADI

 11:36 02.10.2019     338

“Vətəndaşların banklardakı depozitləri bu ilin apel ayıdan bəri ən aşağı həddə düşüb"

Redaktor.az xəbər verir ki, iqtisadçı bu barədə “Facebook” hesabından paylaşım edib.

Onun sözlərinə görə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb:

Həmin ay banklarda 8 milyard 715 milyon manat əmanət saxlanılırdı. İyul ayına banklar 8 milyard 736 milyon manat, iyuna isə 8 milyard 622 milyon manat əmanətlə daxil olublar. Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da vətəndaşların əmanətində artım qeydə alınmır. Banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır. Belə ki, aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollar ilə 20 faizlə təklif etsələr də belə dollar ilə depozitlərə 1 faizdən az dividend ödəyirlər. Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyirlər”.

V. Bayramov qeyd edib ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar divident alır:

“Aylıq divident gəlirinin məbləği isə heç bir 1 dollar da etmir. Aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu 2.5 faizdir. Bu isə o deməkdir ki, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir. Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir.

Qeyd edək ki, son 1 ildə manat üzrə divident faizləri də orta hesabla 35 faiz azalıb. Digər tərəfdən, passiv pulları aktivləşdirmək üçün banklara olan inamın artırılması istiqamətində də işlərin intensivləşdirilməsinə ehtiyac var”.

 Nihadə Eyyubova/Redaktor.az