Bu sahibkarlara 1,4 mln. manat güzəştli kredit verilib

 18:23 02.10.2019     301

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Saatlıda keçirilən işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 mln. manatadək güzəştli kredit verilib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 mln. manatdan çox güzəştli kredit verilib.