Azərbaycan ərzaq buğdası ilə özünü tam təmin etmək niyyətindədir

 12:40 03.10.2019     260

Azərbaycanda hər il ərzaq buğdası istehsalının təqribən 200 min ton artırılması növbəti dövrdə ölkənin bu sahədə özünün təminat göstəricisinin yüksəlməsi üçün kifayət edəcək.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın ərzaq buğdası ilə özünü təminat göstəricisi 62% təşkil edir: "Məqsədimiz – bu göstəricini daha da yuxarı göstəriciyə çatdırmaqdır".//Apa.az