Dünya birjalarında neft BAHALAŞDI

 10:00 04.10.2019     350

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,47% artaraq 1 barelə görə 57,98 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,53% artaraq 52,73 dollar təşkil edib.