Mərkəzi Bank depozit hərracının nəticələrini AÇIQLAYIB

 17:37 07.10.2019     349

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.6 mln. manat olub.

Bu barədə Redaktor.az-a Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.