DGK-nin büdcə daxilolmaları sentyabrda 5%-ə yaxın azalıb

 13:45 09.10.2019     79

Bu ilin sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 376 759,34 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 4,6% azdır.

Redaktor.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin avqust ayı ilə müqayisədə 8,4% artaraq 104 870,17 min manat olub.

ƏDV üzrə daxilolmalar isə sentyabrda 7,6% azalaraq 251 628,45 min manat, aksizlər üzrə 24,6% azalaraq 16 789,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 1,4% azalaraq 3 471,34 min manat təşkil edib.