Dünya Bankı: Azərbaycanda bu il inflyasiya 2,8% təşkil edəcək

 13:53 09.10.2019     276

Bu il Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8% artacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə Dünya Bankının dərc etdiyi yeni hesabatda deyilir.

Bankın proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,2%, 2021-ci ildə isə 3,3% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7%-ə, 2020-ci ildə 4,6%-ə, 2021-ci ildə 4,5%-ə, 2022-ci ildə 4,1%-ə, 2023-cü ildə isə 3,9%-ə bərabər olacaq.//Apa.az