Azərbaycanın Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 30 faiz artıb

 11:15 10.10.2019     213

Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.

Redaktor.az-ın məlumatına görə, bu sözləri oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavininin sözlərinə görə, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi ötən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.//Trend.az