Əfqanıstan Azərbaycan hökümətinə müraciət edib - Məhsul satışı üçün

 13:23 11.10.2019     48

Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi ötən il 30%, bu ilin 8 ayında isə 23%-ə yaxın artıb.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, təhlillər göstərir ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycan ixracının payına düşür.

"Əfqanıstan tərəfi Azərbaycanda yaradılan əlverişli biznes mühitindən yararlanaraq, ölkələrində istehsal olunan məhsulların Azərbaycanda satışının təşkil etmək üçün müraciət edib. Azərbaycan tərəfi məmnuniyyətlə bu şəraiti yaradıb", - deyə Ş. Mustafayev bildirib.

Qeyd edək ki, bu gün Bakıda Əfqanıstan məhsullarının sərgisi keçirilir. Sərgi oktyabrın 14-dək davam edəcək.

"Bu, ilk sərgidir ki, Əfqanıstanda istehsal olunan məhsullar Azərbaycanda təqdim olunur. Hesab edirəm ki, Azərbaycan vətəndaşları və biznes nümayəndələri bu sərgi ilə maraqlanacaq və bu məhsullardan istifadə edəcəklər", - deyə nazir əlavə edib.//Apa.az