"Qeyri-neft sektorunda Rusiyadan asıllığımız azalacaq" - İqtisadçıdan ŞƏRH

 20:17 11.10.2019     268

“Rusiya  ilə Azərbaycanın iqtisadi sferada strateji münasibətləri hələ uzun müddət ölkə iqtisadiyatının inkişafı üçün prioritet olacaq. Xarici ticarətdə, qeyri-neft sektorunda Rusiyadan asıllığımız nəinki azalacaq, hətta Rusiyaya daha çox məhsul ixrac edəcəyik. Çünki bizim işgüzar münasibətlərimizdə Rusiya ilə yaxşı əlaqələrimiz var".

Bu fikrləri  Dövlət İqtisad Universitetinin (UNEC) professor, iqtisadçı-ekspert Elşad Məmmədov Redaktor.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya ilə iqtisadi münasibətlərin dərinləşməsindən çəkinmək lazım deyil. Bunun real alternativi yoxdur:

"Bütövlükdə, Rusiyanın xüsusi çəkisi Azərbaycanın xarici ticarət dövriyyəsində o qədər də yüksək deyil, təxminən 10 faizdir. Söhbət qeyri-neft sektorundan gedirsə, neft sektorunda Rusiya çox önəmli xüsusi çəkiyə malikdir və bu təbiidir. Düşünmürəm ki, biz bundan bərk narahatlıq keçirməliyik. Qonşuluqda dünyanın  ən böyük dövləti yerləşirsə, istər-istəməz xarici ticarətdə bu dövlət böyük çəkiyə malik olmalıdır. Bu, bir  reallıqdır. Digər bir məsələ ondan ibarətdir ki, hər bir ölkə çalışır, xarici ticarətini genişləndirsin. Xarici ticarətin yazılmamış qanunu var ki, ilk növbədə qonşu dövlətlərlə iqtisadi əlaqələr qurulmalıdır. Biz xarici bazarlara indiki kimi əsasən xammal, kənd təsərüffatı məhsulları ilə deyil, hansısa bir yüksək texnoloji məhsulla çıxmalıyıq. Bunun üçün də  həmin sahələrə investisya yatırmalıyıq".

İqtisadçı-ekspert qeyd edib ki,  Avropa Birliyinin bazarı və yaxud Asiya ölkələrinin bazarına məhsulun daşınması minlərlə kilometr yol deməkdir:

"Ora hansısa bir kənd təsərüffatı məhsullarının çatdırılmasını təşkil etsək, nəqliyyat xərcləri heç bunun rentabeliyyini ödəməyəcək. Ona görə də o bazarlara yüksək əlavə dəyər tutumlu məhsulla çıxa bilərik. Çox böyük investisya layihələri lazımdır. Bu gun ölkə iqtisadiyyatına il ərzində 15-16 milyard investisya yerləşdirirksə,  bunu 30 milyarda çatdırmalıyıq. İnvestisyaların özünün də daxilində müsbət bir göstəriclərə nail olmaq lazımdır. Bu vaxt ,eyni zamanda düşünülmüş iqtisadi-siyasət tələb edir. Bu işi Rusiya, Türkiyə ilə xarici iqtisadiyyatımızın hesabına etməməliyik. Yenə də bizim prioritet bazarlar Rusiya, Avrasiya İqtisadi İttifaqının bazarı, Türkiyə olacaq. Dünya iqtisadiyyatının əlifbası isə  bundan  ibarətdir ki, xarici ticarət  ilk növbədə qonşularla qurulmalıdır. Bunun üçün də müvafiq razılaşmalar əldə etmək lazımdır. Hesab edirəm ki, bizim səylərimiz ölkələrin sayını artırmaq deyil, ixracatın  keyfiyyətinin dəyişməsinə istiqamətləndirilməlidir. Bazarlara xammala deyil, əlavə dəyər tutumlu mallarla çıxsaq, ixracımız dəfələrlə arta bilər".

Niahdə Eyyubova/Redaktor.az