Gürcüstanın Azərbaycana 6,87 milyon dollar borcu var

 22:18 11.10.2019     329

Gürcüstanın dövlət borcunun həcmi açıqlanıb. 

Redaktor.az xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyinin hesabatına əsasən, hazırda ölkənin 5 milyard 355,7 milyon dollar xarici dövlət borcu var.
Qonşu ölkənin Azərbaycana olan dövlət borcu avqust ayı ilə müqayisədə dəyişməyib, sentyabrın 30-na 6,87 milyon dollar təşkil edib. /unikal/