Azərbaycanda xidmət sahəsinin orta hesabla hər il 3,9% artacağı gözlənilir

 13:32 12.10.2019     284

Dünya Bankı Azərbaycanda 2019-2021-ci illər üzrə xidmət sahəsinin artım tempinə dair proqnozlarını açıqlayıb.

Redaktor.az-ın Dünya Bankının dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə xidmət sektoru 6,4% artacağı gözlənilir. 2020-ci ildə bu göstəricinin 2,6%, 2021-ci ildə isə 2,8% təşkil edəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, 3 il ərzində Azərbaycanın xidmət sahəsinin orta hesabla hər il 3,9% artacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda xidmət sahəsi əvvəlki ilə nisbətən 3% artıb.//Apa.az