Azərbaycanda mobil rabitə sektorunun gəliri 2% artıb

 16:00 14.10.2019     273

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 658,9 mln. manat təşkil edib.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin 9 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1 580,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 16,4% artıb. Bu sahədə əldə olunan gəlirin 83,1%-i qeyri-dövlət sektorunun payına düşüb.