TDƏŞ ölkələri arasında gömrük rüsumlarının sıfıra endirilməsi t əklif olunur

 18:23 14.10.2019     298

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzv ölkələri arasında gömrük rüsumlarının sıfıra endirilməsi təklif olunur.

Redaktor.az-ın məlumatına görə, bu barədə TDƏŞ-in VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forumda çıxış edən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıkoğlu deyib.

Onun sözlərinə görə, belə bir təcrübə hazırda Avropa dövlətləri arasında mövcuddur.

"Hesab edirəm, Xəzər dənizinin tranzit potensialını daha effektiv istifadə etmək gərəkdir. Bu, ticarət dövriyyəsinin artmasına müsbət təsir edə bilər", - deyə R. Hisarcıkoğlu.//Apa.az