Dünya birjalarında neft UCUZLAŞDI

 09:07 15.10.2019     269

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,78% azalaraq 1 barelə görə 58,89 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,71% azalaraq 53,21 dollar təşkil edib.