Azərbaycanda qızıl hasilatı tədricən AZALACAQ

 17:00 25.10.2019     300

Azərbaycanda 2023-cü ildə 2 972 kq qızıl filizləri və konsentratları hasil ediləcək ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 11,8% azdır.

Redaktor.az-ın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə 3 370 kq qızıl filizləri və konsentratları hasil ediləcək, 2020-ci ildə isə bu göstərici 3 300 kq səviyyəsində olacağı proqnozlaşdırılır.

Sənədə əsasən, cari ildən qızıl hasilatında azalma müşahidə olunan Azərbaycanda bu tendensiya 2021-ci ildə də davam etməsi proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə bu göstəricinin 3 240 kq səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 3 475,7 kq qızıl filizləri və konsentratları hasil olunub.