Azərbaycan avtomobil nəqliyyatı ilə yük daşımalarını ARTIRACAQ
Azərbaycanda 2023-cü ildə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 156,8 mln. tona çatacağı proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 4% çoxdur.
Redaktor.az-ın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə avtomobil nəqliyyatı vasitəsi ilə 150,8 mln. ton yüklərin daşınması gözlənilir.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 152,3 mln. ton, 2021-ci ildə – 153,7 mln. ton, 2022-ci ildə isə 155,3 mln. ton olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 149,3 mln. ton yük daşınıb.
Ümumiyyətlə, nəqliyyat sektorunda yük daşımalarının bu il 238,1 mln. ton, 2020-ci ildə – 244,9 mln. ton, 2021-ci ildə – 253,2 mln. ton, 2022-ci ildə – 258,1 mln ton, 2023-cü ildə isə 261,5 mln. ton olacağı proqnozlaşdırılır.